Xantı-Mansi Muxtar Dairəsində (XMAO) yüzlərlə məktəbdə hicab və niqab geyinmək qadağan olunub.
DenMedia.az xəbər verir ki, bu barədə URA.RU regional Təhsil Departamentinə istinadən xəbər verir.
Məlumata görə, 303 məktəb bu qaydanı tətbiq edib. Departamentdən bildirilib ki, il ərzində monitorinqlər aparılır və məktəblər lokal qaydaları qəbul edir.
Qeyd olunub ki, şagirdlərə məktəbdə yalnız hicab və niqab deyil, ümumiyyətlə hər hansı baş örtüyü — yaylıq, tübətəy və ya şlyapa da geyinmək qadağandır. Beləliklə, baş örtüyü yalnız dini geyimin elementi kimi nəzərdən keçirilmir.
Uşaqlar məktəbə qəbul olunarkən valideynlərə geyim qaydaları və bütün normativ sənədlər izah olunur, onlar isə imza ilə təsdiqləyirlər. Əgər valideynlər qaydalarla razılaşmırlarsa, övladlarının başqa formada təhsil almasını – məsələn, ailə təhsilini – seçə bilərlər.