ABŞ Prezidenti Donald Tramp reper Şon Kombsu — səhnə adı ilə P. Diddy-ni əfv etməyi nəzərdən keçirir.
CBS News mənbələrə istinadən xəbər verir ki, məsələ Trampın müşavirləri ilə müzakirə etdiyi mümkün əfv qərarları arasında yer alır. Lakin reperlə bağlı yekun qərarın hələ qəbul edilmədiyi bildirilir.
Ağ Evdən bildirilib ki, əfv və cəzanın yüngülləşdirilməsi ilə bağlı son qərarı şəxsən prezident qəbul edir.
P. Diddy hazırda Nyu-Cersi ştatındakı federal həbsxanada 50 aylıq həbs cəzası çəkir. O, 2025-ci ilin oktyabrında fahişəlik məqsədilə insanların daşınması ilə bağlı iki epizod üzrə təqsirli bilinib, lakin daha ağır ittihamlar — seks alveri və reketçilik üzrə bəraət alıb.
CBS News-un məlumatına görə, mümkün əfv siyahısında reper Pras Mişel və malayziyalı maliyyəçi Co Lou kimi şəxslərin də adı çəkilir. Bununla belə, Trampın əsas müzakirə etdiyi siyahının daha çox ekoloji normaları, xüsusilə emissiya qaydalarını pozduqlarına görə məhkum edilmiş şəxslərdən ibarət olduğu bildirilir.
AP-nin məlumatına görə, Tramp artıq emissiya qaydalarının pozulması ilə bağlı məhkum edilmiş bir qrup şəxs də daxil olmaqla 11 nəfəri əfv edib.

