28 
iyn
2023
12:10
220

Təxribat zamanı məhv edilən ermənilərin ADLARI

28 iyn, 2023
12:10
220

Təxribat zamanı məhv edilən ermənilərin ADLARI

Qarabağda təxribata cəhd edərkən məhv edilən erməni silahlı dəstənin məhv edilən üzvlərinin adları açıqlanıb.

Den.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycan Ordusunun zərbələri nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar