Türkiyədə terror təşkilatlarının fəaliyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 241 şübhəlidən 225-i saxlanılıb.
Bu barədə Haber Global məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan 218 nəfər Ankara Baş Prokurorluğuna aparılıb.
Şübhəlilərdən 6-sı sərbəst buraxılıb. Eyni zamanda, 212 nəfərlə bağlı materiallar məhkəməyə göndərilib.
Məhkəmə baxışının nəticələrinə əsasən, 178 şübhəli həbs edilib, daha 34 nəfər barəsində isə məhkəmə nəzarəti şəklində qətimkan tədbiri seçilib.

