Şamaxıda kişi qardaşı qızını döyüb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.
İttiham aktına görə, 37 yaşlı Cabbar Mövsümov (ad və soyad şərtidir) 16 yaşlı qardaşı qızının sözlüsü ilə evləndiyini öyrənib. Məlumata görə, 16 yaşlı Aygün (şərti adla ) hələ 12 yaşında Zaurla (şərti adla) sözlənib. Cabbar da qardaşı qızının Zaurla telefon vasitəsilə mesajlaşdığını elə Zaurdan öyrənib. Belə ki, Zaur Aygünə nəyə görə telefon verildiyini Cabbardan soruşub.
Belə olduqda Cabbar Zaurla birgə Aygünün yaşadığı evə gəlib. Cabbar qardaşı qızı Aygündən nəyə görə Zaurla yazışdığını soruşub. Aygün də Zaurla sözlü və nişanlı olduqlarını, bunun öz işi olduğunu deyib. Qızın cavabından hiddətlənən Cabbar Aygünün sifətinə yumruqla zərbə vuraraq, xəsarət yetirib.
Nəticədə şikayət əsasında Cabbar Mövsümov polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib. Zərərçəkən Aygün də əmisini bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Cabbar Mövsümov məsuliyyətdən azad olunub.

