Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Şurası (WBC) versiyaları üzrə çempionluq kəmərlərindən imtina etdiyini açıqlayıb. Bu barədə idmançı sosial şəbəkə hesabında məlumat verib.
39 yaşlı boksçu bunun peşəkar karyerasını başa vurması anlamına gəlmədiyini vurğulayıb.
“Hazırda sahib olduğum bütün kəmərlərdən imtina etmək istəyirəm ki, növbədə olan boksçular onlar uğrunda döyüşsünlər. Kəmərlərdən imtina edirəm, amma idmandan getmirəm. Qarşıda hələ mənim ‘son rəqsim’ var”, — deyə Usik bildirib.
Son döyüşündə Usik niderlandlı kikboksçu Rik Verxuveni nokauta salıb. Döyüş mayın 23-də Misirin Giza şəhərindəki piramidalar kompleksinin ərazisində keçirilib və ukraynalı idmançının 11-ci raundda vaxtından əvvəl qələbəsi ilə başa çatıb.
Peşəkar rinqdə Usikin hesabında 25 qələbə var və o, hələlik məğlubiyyət yaşamayıb.

