Fransada anomal istilər dörd uşağın ölümünə səbəb olub. Bu barədə The Guardian məlumat yayıb.
Bundan əlavə, ölkədə ekstremal yüksək temperatur dövründə 55 boğulma hadisəsi qeydə alınıb.
Nəşrin məlumatına görə, bir yaş yarımlıq uşaq avtomobildə hipertermiya vəziyyətində tapılıb. Ehtimala görə, atası onu uşaq bağçasına apararkən maşında unudub.
Üç yaşlı oğlan avtomobildə qapalı qalaraq həyatını itirib. Mənbənin məlumatına əsasən, iki və dörd yaşlı uşaqların cəsədləri isə valideynlərinin avtomobilində, evin yaxınlığındakı dayanacaqda aşkarlanıb.
Alimlər bildiriblər ki, hazırkı istilik dalğası son dövrün ən güclülərindən biri olub. Onların hesablamalarına görə, ekstremal yüksək temperatur Avropanın təxminən 850 ən böyük şəhərini əhatə edib.

