Yay gecələri bir çox insan üçün istirahət vaxtı olmaqdan çıxaraq əsl mübarizəyə çevrilir. Yorğun halda yatağa girsəniz də, yuxuya gedə bilməmək, gecə boyunca tez-tez oyanmaq, tər içində qalmaq və səhər özünü dincəlməmiş hiss etmək isti havalarda ən çox rast gəlinən problemlərdəndir.
Davranışsal yuxu tibbi üzrə mütəxəssis Dr. Vendi M. Troksel isə yay aylarında keyfiyyətli yuxunun tamamilə şansa bağlı olmadığını bildirir.
Trokselin sözlərinə görə, düzgün yuxu mühiti yaratmaq və bioloji saatı dəstəkləyən bir neçə kiçik vərdişə əməl etmək ən isti gecələrdə belə daha rahat yatmağa kömək edə bilər.

Mütəxəssis qeyd edir ki, yuxu zamanı bədən təbii olaraq daxili temperaturunu aşağı salmağa çalışır. Bu bioloji proses baş vermədikdə beyin yuxu rejiminə keçməkdə çətinlik çəkir.
Bu səbəbdən otaq temperaturunun yüksək olması yalnız narahatlıq hissi yaratmır. Eyni zamanda dərin yuxu mərhələlərinə keçidi də gecikdirə bilər.

