Üç ildir ki, beyninə qan sızması nəticəsində həm nitq qabiliyyətini, həm də hərəkətini tamamilə itirib, ancaq bugünədək təqaüdə çıxa bilmir.
Den.az xəbər verir ki, söhbət Abşeron rayon Digah qəsəbəsində yaşayan 64 yaşlı Nazim Qafarovdan gedir.
Məlum vəziyyətə görə özü danışa bilməsə də, Nazim Qafarovun qızı Ramilə Qafarova bildirib ki, qeydiyyatda olduqları Salyan rayonunda atasının təqaüdə çıxması üçün müraciət etsələr də, Səltənət adlı həkim onlardan 500 manat rüşvət istəyib. Bu cür iddia səsləndirən şikayətçi problemin həll olunması üçün aidiyyatı qurumlardan kömək istəyir.
Nazim Qafarovun qızı xəstə və yaşlı atasına baxmaq, onu həkimə aparmaq və müalicə etdirmək üçün maddi imkanlarının olmadığını deyir. Ailə ümid edir ki, 64 yaşlı Nazim Qafarov təqaüdə çıxsa, ailənin maddi durumu nisbətən yaxşılaşar.
Ramilə Qafarova həkimin məsləhəti ilə atasının 10 gün xəstəxanada yatdığını da bildirib. Hətta Nazim Qafarovun Ruhi Əsəb dispanserində müalicə olunmasını tövsiyə edənlər də olub. Ancaq bu da, 64 yaşlı kişinin təqaüdə çıxması üçün yetərli olmayıb.
Salyanda Səltənət adlı həkim təqaüd almaq istəyən xəstədən 500 manat rüşvət istəyib? İDDİA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.