Sabirabadda bir ay öncə 24 yaşlı iki uşaq anası və körpəsinin həkim məsuliyyətsizliyi səbəbindən xəstəxanada öldüyü iddia olunur.
Bu barədə Den.az-a mərhumun valideynləri məlumat veriblər.
Belə ki, Sabirabad rayon Sərxanbəyli kənd sakini Mərziyə Vəliyeva gəlini 24 yaşlı Günel Vəliyevanın 3-cü hamiləliyi ilə bağlı keçən ay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həkim Mehriban Yusifova 7 aylıq hamilə Günel Vəliyevanın xəstəxanada qalacağını və əməliyyat olunacağını bildirib.
Mərhumun yaxınları iddia edib ki, hamiləliyi dövründə Günel Vəliyevanın heç bir problem yaşanmayıb. Vaxtında müxtəlif xəstəxanalarda həkim nəzarətindən keçirilib. 7 aylıq hamiləliyinin tamamında 24 yaşlı Günelin ağrıları olduğundan onu dərhal xəstəxanaya aparıblar. Elə hər şeydə bundan sonra baş verib.
Əvvəlcə xəstə yaxınlarına paket qan aldırılıb. Daha sonra başqa rayondan cərrah gətirilib. Əməliyyat olunub. Ancaq ailəyə heç bir məlumat verilməyib. Səhəri gün 24 yaşlı Günel Vəliyevanın öldüyünü bildiriblər. Uşaq yarımçıq doğulduğundan onu da ailəyə verməyiblər. 11 gün sonra yeni doğulan körpənindən keçindiyini məlumat veriblər.
Mövcud məsələ ilə bağlı aidiyyatı orqanlara rəsmi müraciət edilib. Hadisənin təfərrüatları araşdırılsada lakin ailəyə bu haqda hələki heç bir məlumat verilmir.
Daha ətraflı video müraciətdə:
SABİRABADDA QAN DONDURAN HADİSƏ: Əvvəlcə 2 uşaq anası ,11 gün sonra yeni doğulan körpəsi öldürülüb?-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.