Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndirilib. Bu addımlar ətraf mühitin və vətəndaşların sağlamlığının qorunmasına yönəlib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərlı bildirib ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun icrası daim diqqət mərkəzində saxlanılır.
Onun sözlərinə görə, polis orqanları aidiyyəti qurumlarla birgə siqaret çəkmənin qadağan olunduğu məkanlarda mütəmadi monitorinqlər aparır, həmçinin əhali arasında maarifləndirici tədbirlər həyata keçirir. Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə, siqaret kötüklərini ətrafa atanlara və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satanlara qarşı inzibati tədbirlər görülür.
İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən:
-
Qadağan olunmuş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə;
-
Siqaret kötüyü və digər tütün tullantılarını ətrafa atmağa görə 300 manat, il ərzində təkrar hal olduqda 700 manat və ya 60–100 saat ictimai iş;
-
Siqaret üçün xüsusi yerlərin düzgün təşkil olunmamasına görə
-
vəzifəli şəxslər üçün 400–500 manat,
-
hüquqi şəxslər üçün 1 000–1 200 manat cərimə nəzərdə tutulur.
-

