Dünya şöhrətli britaniyalı aktyor, “Star Trek” və “X-Men” filmlərinin ulduzu Patrik Stüart 86 yaşında vəfat edib.
Aktyor oktyabrın 28-də ABŞ-ın Los-Anceles şəhərindəki evində dünyasını dəyişib.
Bu barədə onun nümayəndəsi məlumat verib. Bildirilib ki, aktyor bir müddət Altsheymer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizə aparıb. Son anlarında həyat yoldaşı Sanni Ozell onun yanında olub.

Patrik Stüart xüsusilə “Star Trek” serialında kapitan Jan-Lük Pikar, “X-Men” filmlərində isə professor Çarlz Xavier obrazları ilə milyonlarla tamaşaçının yaddaşında qalıb.
Aktyor kino və televiziya ilə yanaşı, teatr səhnəsində də böyük uğurlar qazanıb. O, uzun illər Kral Şekspir Teatr Truppasında fəaliyyət göstərib.
2010-cu ildə Böyük Britaniya kraliçası II Elizabet sənətə verdiyi töhfələrə görə ona cəngavər titulu təqdim edib.

