Amerikalı məşhur aktrisa və yazıçı Barbara Barri 95 yaşında vəfat edib.
“The New York Times” qəzetinin məlumatına görə, sənətçi oktyabrın 28-də Nyu-Yorkdakı evində dünyasını dəyişib. Onun ölüm xəbərini qızı Ceyn Harnik təsdiqləyib. Aktrisaya ağır mərhələdə xərçəng diaqnozu qoyulmuşdu.
1931-ci ildə Çikaqoda anadan olan Barbara Barri 1955-ci ildə aktyorluq karyerasına başlayıb. O, uzun illər kino, televiziya və teatr sahəsində fəaliyyət göstərib.

Aktrisa 1964-cü ildə “One Potato, Two Potato” filmindəki roluna görə Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
1979-cu ildə “Breaking Away” filmindəki çıxışı isə ona “Oskar” mükafatına namizədlik qazandırıb.
Barbara Barri aktyorluqla yanaşı, yazıçılıqla da məşğul olub. O, yeniyetmələr üçün iki romanın müəllifidir.

