İspaniyanın paytaxtı Madriddə etiraz aksiyası polis müdaxiləsi ilə qarşılandı.
Okdiario xəbər portalının məlumatına görə, etirazlara bir gün əvvəl Toledo əyalətində baş verən dəmir yolu qəzası səbəb oldu. Rəsmi qurumların fəaliyyətindən narazı qalan sakinlər küçələrə çıxdılar.
Yüzlərlə insan İspaniyanın Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq nazir Oskar Puentenin istefasını tələb etdi. Etirazçılar Baş nazir Pedro Sançesi də vəzifəsindən getməyə çağırdılar.
Polis aksiyanı dağıtmaq üçün nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdi.

