Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiçin parlament seçkilərində məğlub olduqdan sonra hakimiyyəti güc yolu ilə qoruyub saxlamağa hazırlaşdığı iddia olunur.
Britaniyanın “The Times” qəzetinin məlumatına görə, Vuçiç bu plandan yalnız ona geri çəkilmək barədə xəbərdarlıq zəngləri daxil olduqdan sonra imtina edib.
Serbiyanın antiterror polis bölməsinin keçmiş komandiri Spasoye Vuleviç bildirib ki, oktyabrın 25-də keçirilən seçkilər zamanı Belqradın mərkəzinə 4 min polis əməkdaşı və 3 min nəfərlik xüsusi dəstə cəlb olunub.
Onun fikrincə, Vuçiçin məqsədi seçkilərin nəticələrini tanımamaq və hakimiyyətdə qalmaq olub.
“Əminəm ki, o, seçkilərin nəticələrini qəbul etməməyə hazırlaşırdı”, – deyə Vuleviç bildirib.
Lakin Vuçiçin nümayəndəsi bu iddiaları qətiyyətlə rədd edib. O açıqlayıb ki, polis qüvvələrinin Belqradın mərkəzinə yerləşdirilməsi hakimiyyəti ələ keçirmək cəhdi deyil, etirazçılar tərəfindən mümkün zorakılığın qarşısını almaq məqsədi daşıyıb.
Qeyd edək ki, Vuçiçin hakimiyyəti güc yolu ilə saxlamaq niyyətində olması barədə iddialar hələ müstəqil şəkildə təsdiqlənməyib.

