Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununu keçirib.
Famil Xəlilovun baş məşqçisi olduğu komanda turnirdə 9-cu matçına çıxaraq Vyetnam yığması ilə qarşılaşıb.
81–84-cü yerlər uğrunda yarımfinal görüşündə Azərbaycan millisi 2:4 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində qolları Murad Məmmədzadə və Yusif Əlizadə vurublar.

