Oktyabrın 30-da Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, magistral qaz kəmərində aşkar edilən qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

