Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılan cinayət işi üzrə fiqurantlar barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatlarına baxıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, məhkəmə AXCP sədri Əli Kərimlinin həbsdə saxlanılma müddətinin beş ay uzadılması barədə qərar qəbul edib.
Eyni qərar həmin cinayət işi üzrə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də verilib.
Bundan başqa, məhkəmə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxıb. Məhkəmənin qərarına əsasən, onun ev dustaqlığı müddəti də beş ay uzadılıb.
Məhkəmənin daha bir qərarı ilə AMEA katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun həbs müddəti də beş ay artırılıb.
Bütün qərarlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanmış cinayət işi çərçivəsində qəbul edilib.

