Oktyabrın 23-də Azərbaycanda polis əməkdaşları tərəfindən 45 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 36-sı həmin gün qeydə alınan, 9-u isə əvvəlki dövrlərdən açılmamış qalan cinayətlərdir.
Ötən gün ərzində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85 nəfəri borclu qismində axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14, qanunsuz silah və sursat saxlama ilə bağlı isə 5 fakt müəyyən edilib.
Gün ərzində cinayət törətməkdə şübhəli bilinən daha 50 nəfər saxlanılıb.

