Oktyabrın 8-də polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınan 52 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, ümumilikdə axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Onlardan 47 nəfər borc ödəməkdən yayındığına görə axtarışda olan şəxslər olub.
Bundan başqa, yaşayış yerini ailə üzvlərinə məlumat vermədən tərk etdiyi üçün itkin düşmüş şəxs kimi axtarışa verilən 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluqda şübhəli bilinərək axtarışda olan 8 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 fakt aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşları tərəfindən ümumi çəkisi 12,4 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz silah-sursat saxlanılması ilə bağlı isə 3 fakt müəyyən edilib.
Paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkarlanaraq götürülüb.
Bundan başqa, müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 64 nəfər saxlanılıb.

