Oktyabrın 6-da polis əməkdaşları həmin gün qeydə alınan 49 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin üstünü açıblar.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sutka ərzində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 72-si borclu şəxs olub.
Polis əməkdaşları həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 fakt, eləcə də qanunsuz silah və sursat saxlama ilə bağlı 1 fakt müəyyən ediblər. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Bundan başqa, itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Məlum olub ki, həmin şəxslər yaxınlarına xəbər vermədən yaşadıqları ünvanı tərk ediblər.
Əməliyyat tədbirləri zamanı dələduzluqda şübhəli bilinərək axtarışa verilmiş 8 nəfər də saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

