30 
iyn
2023
01:41
311

Makronun "taxtı" alovlar içində...

30 iyn, 2023
01:41
311

Makronun "taxtı" alovlar içində... - FOTO VİDEO

Fransada iğtişaşların coğrafiyası genişlənir.
Den.az xəbər verir ki, Marselin mərkəzindəki Köhnə Liman rayonunda 300-ə yaxın nümayişçi dükanları qarət edib və şəhər xidmətlərinin avadanlıqlarını yandırıb.
Məlumata görə, etirazçılardan birinin atdığı əşya nəticəsində azı bir polis yaralanıb. Bildirilir ki, şəhərdə vəziyyət son dərəcə gərgin olaraq qalır. 
Qeyd olunur ki, qara geyimli və maskalı, əlində dəyənək olan nümayişçilər zibil qutularını və avtomobilləri yandırıb, polislə toqquşurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edirlər. İğtişaşlarda əsasən gənclər iştirak edir.
Oxşar hadisələr Blois şəhərində də baş verir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar