iyl
2023
00:55
192

Fransada iğtişaşlar zamanı 150 poçt və 370 bank şöbəsi dağıdılıb

5 iyl, 2023
00:55
192

Fransada iğtişaşlar zamanı 150 poçt və 370 bank şöbəsi dağıdılıb

Fransada yol patrulunun tələblərinə tabe olmayan 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkəni bürümüş iğtişaşlar zamanı 150-yə yaxın poçt şöbəsi zədələnib.

Məlumata görə, ciddi ziyan dəydiyi üçün 80 filial hələ də bağlı qalır.

İğtişaşlar zamanı ən azı 370 bank şöbəsinə də ziyan dəyib. Təsirə məruz qalan filiallarının 40%-i İl-de-Frans bölgəsində yerləşir.

Qeyd edək ki, bundan əvvəl Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar