Suriya, Fransa Respublikası və Amerika Birləşmiş Ştatları Suriya ərzisində sabitliyin bərpasına dair birgə bəyanat yayıblar.
Den.az xəbər verir ki, Parisdə keçirilən yüksək səviyyəli görüşdə tərəflər Suriyada siyasi keçidə dəstək, ərazi bütövlüyünün qorunması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Tərəflər vurğulayıblar ki, Suriyada davamlı sülh və sabitliyin bərpası üçün dialoq və gərginliyin azaldılması əsas prioritet olaraq qalır.