İran yeni qurum, Müdafiə Strategiya Şurası yaratmağı planlaşdırır.
Den.az xəbər verir ki, Fars agentliyinin mənbələrə istinadən məlumatına görə, Müdafiə Strategiya Şurası milli müdafiə sahəsində əlavə səlahiyyətlər əldə edəcək və uzunmüddətli həll yollarının hazırlanmasında mühüm rol oynayacaq.
O, Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) strukturunda islahatların tərkib hissəsi kimi çıxış edəcək və ölkənin müdafiə siyasətinin əsas məsələləri ilə məşğul olacaq.
Yeni şuranın strukturunun yekun formalaşdırılmasının yaxın vaxtlarda başa çatdırılması gözlənilir.