İranın yeni paytaxtının harada yerləşəcəyi məlum olub.
Den.az xəbər verir ki, bu barədə “Snn.ir” agentliyi məlumat yayıb.
İran hökumətinin sözçüsü Fatimə Mohacirani ölkənin yeni paytaxtı ilə bağlı araşdırmalar aparmaq üçün iki şura yaradıldığını açıqlayıb.
Onun sözlərinə görə, bir qurum paytaxtın problemlərini, digəri isə dəniz təsərrüfatı ilə bağlı məsələləri həll edəcək.
“Məkran bölgəsində bütün imkanlar təmin edilməlidir. İstər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat sahələri dirçəldilməlidir. Bizim bütün ziyalıların, eləcə də mütəxəssislərin köməyinə ehtiyacımız var. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Makranda olacaq”, – deyə o, vurğulayıb.
Günəş Fərəh
Den.az
"Yeni paytaxt mütləq cənubda, Makranda olacaq” - İran rəsmisi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.