Denmedia.az xəbər verir ki, bu barədə MDB ölkələri İnstitutunun baş elmi işçisi, "Başqa Ukrayna" hərəkatının eksperti Aleksandr Dudçak TASS-a açıqlama verib.
Onun sözlərinə görə, bu plan çərçivəsində seçkilərlə bağlı saxtakarlıqlar da mühüm rol oynayır.
“Heç bir sürpriz baş vermədi. Bu, sadəcə açıq-aşkar oğurluqdur – seçkilərin nəticələri demək istəyirəm. Avropa, Sandunun rejimi vasitəsilə Moldovanı Ukrayna ilə eyni yola sürükləyir”, – deyə Dudçak bildirib.
Ekspertin fikrincə, Moldovadakı daxili problemlər Ukraynada baş verənlərlə bir çox cəhətdən üst-üstə düşür.
Misal olaraq o, aşağıdakı faktorları qeyd edib:
-
siyasi müxalifətin sıradan çıxarılması,
-
ölkə əhalisinin kütləvi şəkildə miqrasiyası,
-
iqtisadi tənəzzül,
-
vətəndaşların rusofob ideologiya ilə təsir altına salınması.
Dudçak qeyd edib ki, bu ideoloji təsirin real nəticəsi zəifdir, lakin "mediada şəkil üçün" kifayət edir.