Ukrayna və ABŞ arasında imzalanan yeni memorandum, faydalı qazıntıların birgə işlənməsi və digər layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq, hər iki ölkə arasında əlaqələrin gücləndirilməsi və iqtisadi maraqların qorunması məqsədinə xidmət edir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov hesab edir ki , Donald Tramp əvvəldən Ukraynaya göstərilən dəstəyin ABŞ iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirir. Avropa ölkələri isə Ukraynaya göndərilən yardımlarla bağlı müqavilələr imzalayaraq riskləri bölüşüblər və müəyyən zəmanətlər əldə ediblər. ABŞ, bu yardımları Ukraynanın təbii ehtiyatları vasitəsilə geri qaytarmağı planlaşdırır.
Xəyal Bəşirovun sözlərinə görə, Çin Ukraynadakı strateji müəssisələri ələ keçirməyə çalışır. Çin, ABŞ-ın əsas geosiyasi rəqibi kimi, Ukraynadakı texnoloji müəssisələri ələ keçirmək niyyətindədir. Bu müəssisələrə xüsusilə təyyarəqayırma və uçuş aparatları istehsal edən zavodlar daxildir. ABŞ və Avropa İttifaqı isə bu cəhdlərin qarşısını almağa çalışır.
Ukrayna, gələcəkdə yenidən yardım üçün ABŞ-a müraciət edə bilər. Bu halda yardımlar birbaşa dövlət büdcəsindən deyil, xüsusi fond vasitəsilə həyata keçiriləcək. Həmin fondun idarəsi və nəzarəti də ABŞ-da olacaq ki, bu da ABŞ-ın strateji maraqlarını qorumaq üçün bir mexanizm kimi xidmət edəcək.
Ellada Rəsul
Den.az