İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstin hərəkatı HƏMAS-ı girovun cəsədini qaytararkən saxtakarlıqda ittiham edib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat İsrail hökumətinin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, HƏMAS Qəzzada Omir Tsarfatinin qalıqlarının olduğu tabutu İsrail tərəfinə təhvil verib. Halbuki İsrail ordusu onun cəsədini hələ 2023-cü ilin sonunda vətənə qaytarmışdı.
“Bu, terror təşkilatı HƏMAS tərəfindən razılaşmanın açıq şəkildə pozulmasıdır,” — deyə hökumət bəyanatında qeyd olunub.
Netanyahunun ofisi əlavə edib ki, baş nazir HƏMAS-ın bu addımına cavab tədbirlərini İsrail Müdafiə Nazirliyinin rəhbərliyi ilə müzakirə edəcək.

