Almaniyada saxlanılan terrorçunun “ölüm siyahısı”nda keçmiş kanslerlər Olaf Şolts və Angela Merkelin adları yer alıb - Bild nəşri federal prokurorluğa istinadən xəbər verir.
Məlumata görə, Martin S. adlı şübhəlinin darknetdə hazırladığı siyahıda həmçinin bir neçə prokuror və hakim də olub.
İstintaqın versiyasına əsasən, Martin S. hökumətin COVID-19 siyasəti ilə razılaşmadığı üçün radikallaşıb, lakin vəzifəli şəxslərə birbaşa hücum etməyi planlaşdırmayıb, sadəcə, “fantaziyalarını həyata keçirəcək icraçılar” axtarıb.
Jurnalistlər qeyd ediblər ki, o, sağ radikal hərəkatlarla əlaqəli ola bilər, lakin indiyə qədər konkret cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarının diqqətinə düşməyib.

