Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra İrəvanla diplomatik münasibətləri normallaşdırmağa hazırdır.
Nazirin sözlərinə görə, Türkiyənin mövqeyi dəyişməz qalır və rəsmi Ankara prosesə əvvəlcədən bəyan etdiyi prinsiplər əsasında yanaşır.
“Azərbaycan və Ermənistan sülh sazişi imzaladıqda, biz Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olacağıq,” — deyə Fidan bildirib.
O əlavə edib ki, Ankara uzun müddətdir İrəvanla bağlı mövqeyini açıq şəkildə ifadə edir və bu siyasətə sadiq qalır.

