Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Rusiya prezidenti Vladimir Putinin iqamətgahına guya “hücum”la bağlı səsləndirdiyi bəyanata münasibət bildirib.
Nazirliyin açıqlamasında Lavrovun sözləri kəskin şəkildə tənqid olunub:
“Əgər siz hələ də Lavrovun dediklərinə diqqət yetirirsinizsə, nəzərə alın ki, o, artıq adi yalançı səviyyəsini də keçib. Yalançı həqiqəti bilir və onu gizlətməyə çalışır, boşboğaz isə ümumiyyətlə həqiqətlə maraqlanmır — onu yalnız sözlərinin yaratdığı effekt düşündürür, bu effekt isə istənilən cür ola bilər… Dünən ictimaiyyətin üzərinə Lavrovun bu qədər cəfəngiyyatının tökülməsinin səbəbi isə son dərəcə aydındır”.
Ukrayna XİN-in fikrincə, bu cür açıqlamalar reallığı əks etdirmir və informasiya manipulyasiyasının tərkib hissəsidir.

