Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirilo Budanovu Prezident Ofisinin rəhbəri postuna təyin etməyi təklif edib. Bu barədə dövlət başçısı öz Telegram kanalında yazıb.
Zelenski bildirib ki, bu məsələni Budanovla keçirdiyi görüş zamanı müzakirə edib.
Prezident qeyd edib:
“Ukrayna təhlükəsizlik məsələlərinə, müdafiə və təhlükəsizlik qüvvələrinin inkişafına, eləcə də danışıqlarda diplomatik istiqamətə daha çox fokuslanmalıdır. Prezident Ofisi ilk növbədə bu vəzifələrin icrasına xidmət edəcək.”
Dövlət başçısı əlavə edib ki, Kirilo Budanovun bu sahələr üzrə xüsusi təcrübəsi var və nəticə əldə etmək üçün kifayət qədər potensiala malikdir.

