ABŞ prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik kartellərinə qarşı mübarizə aparmaq məqsədilə yeni hərbi koalisiya yaradıldığını elan edib.
Tramp bu barədə Floridada bir sıra Latın Amerikası ölkələrinin liderləri ilə keçirilən görüşdə danışıb. Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi regionda fəaliyyət göstərən cinayətkar narkokartellərə qarşı birgə mübarizə aparmaqdır.
Bu tarixi gündə biz narkotik kartellərinə qarşı mübarizə aparacaq yeni koalisiya yaratdığımızı elan edirik, – deyə Donald Tramp bildirib.
Tramp qeyd edib ki, təşəbbüsə qoşulan ölkələr narkotrafiklə mübarizədə ordunun istifadə olunmasının zəruri olduğu qənaətinə gəliblər.
EFE agentliyinin məlumatına görə, görüşdə Braziliya və Meksika təmsil olunmayıb. Tramp bildirib ki, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın narkokartellərlə mübarizə təkliflərini qəbul etməyib.

