İran hakimiyyəti ölkənin hava məkanında uçuşlara qoyulan qadağanı martın 29-dək uzadıb. Bu barədə TASS agentliyinə Yaxın Şərqdəki aviadispetçer dairələrindən mənbə məlumat verib. Mənbənin sözlərinə görə, istisna hallarda dövlət, hərbi və tibbi aviasiya, həmçinin təxliyə reysləri üçün icazə verilə bilər. “İranın hava məkanı təxminən bazar günü, 29 mart tarixində Ümumdünya vaxtı ilə saat 08:30-dək bağlı olacaq”, – deyə mənbə bildirib. Qeyd olunur ki, əvvəlki məhdudiyyətlər martın 22-si səhərinədək qüvvədə idi, lakin indi qadağa ən azı bir həftə uzadılıb. Xatırladaq ki, İranın hava məkanı 28 fevralda ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanmışdı.
İran hava məkanını yenidən bağladı – qadağa uzadıldı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

