Almaniya Kansleri Fridrix Merts fevralın 20-də keçirilən partiya qurultayında yenidən Xristian-Demokrat İttifaqının XDS sədri seçilib. Nümayəndələrin 90 faizdən çoxu onun lehinə səs verib. Qərar partiyanın qurultayında qəbul olunub.
Səsvermənin yayımı Phoenix televiziya kanalı vasitəsilə canlı təqdim edilib.
“Seçilməyimi qəbul edirəm”, – deyə Merts səsvermənin nəticələrindən sonra bildirib və partiya üzvlərinə təşəkkür edib.
Qeyd edək ki, XDS sədrliyi uğrunda başqa namizəd olmayıb.

