ABŞ-ın Karib hövzəsindəki hərbi fəaliyyəti, o cümlədən Venesuela prezidenti Nikolás Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyat, təxminən 2,9 milyard dollara başa gəlib. Bu hesablamanı Bloomberg aparıb.
Agentliyin məlumatına görə, noyabrın ortalarından yanvarın ortalarınadək bölgədə yerləşdirilən hərbi gəmilərin istismarı gündəlik 20 milyon dollardan çox xərc yaradıb.
ABŞ Müdafiə Nazirliyinin keçmiş maliyyə nəzarətçisi, American Enterprise Institute (AEI)-nin baş elmi işçisi Elaine McCusker bildirib:
“Qiymətləndirməmizə görə, 2025-ci ilin avqustundan bəri həyata keçirilən “Southern Spear” əməliyyatı – buraya “Absolute Resolve” əməliyyatı da daxildir – təxminən 2 milyard dollara başa gəlib.”
Onun sözlərinə görə, bu hesablamalar açıq mənbələrə əsaslanır və əsasən gəmilərin, təyyarələrin və uzaqdan idarə olunan platformaların istismarı, eləcə də ehtimal olunan sursat ehtiyatlarının yenilənməsi xərclərini əhatə edir.
McCusker əlavə edib ki, bu rəqəmlərə kəşfiyyat məlumatları, hədəf koordinasiyası, kiberdəstək və əməliyyat təlimləri daxil deyil.

