Türkiyə və Ermənistan Ani körpüsünün birgə bərpası barədə razılığa gəlib.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana səfəri zamanı bildirib.
Onun sözlərinə görə, müvafiq razılaşma artıq imzalanıb. Sənədi Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan imzalayıb.

