Bu gün Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri Akyaka–Axurik sərhəd-keçid məntəqəsində, həmçinin Gümri şəhərində görüş keçiriblər.
Erməni KİV-lərinin məlumatına görə, görüş Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin danışıqları nəticəsində əldə edilən razılaşmaların davamı olaraq baş tutub.
Tərəflər Gümri–Qars dəmir yolunun bərpası və istismara verilməsi ilə bağlı texniki müzakirələrin ikinci mərhələsini həyata keçiriblər.
“Gümri–Qars xəttinin bərpasına dair texniki danışıqların ikinci mərhələsi uğurla keçirildi.”

