Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Almaniyanın tarixi hadisələrə münasibətində narahatedici dəyişikliklərin baş verdiyini bəyan edib.
Diplomat bu barədə ATƏT-də çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Almaniya Rusiya üçün potensial təhlükə yaradan istiqamətə doğru dəyişir.
Bu, təəssüf ki, Almaniyanın bizim üçün çox təhlükəli bir şeyə çevrildiyini göstərir. Biz hesab edirdik ki, İkinci Dünya müharibəsinin nəticələri Almaniyanın yenidən militarizasiyasına və ölkəmizə qarşı yönəlmiş gücə çevrilməsinə birdəfəlik mane olub, — deyə Polyanski bildirib.
Rusiyalı diplomat qeyd edib ki, Rusiya tərəfinin çıxışından sonra Almaniya nümayəndəsi əvvəlcə insanlıq əleyhinə cinayətlərlə bağlı standart ifadələr işlədib.
Daha sonra isə, Polyanskinin sözlərinə görə, o faktiki olaraq vahid sovet xalqının və soyqırımın olmadığını bildirib, bunu siyasi konstruksiya və Rusiyanın Ukraynadakı hərəkətlərini gizlətmək cəhdi adlandırıb.

