NATO Rusiyanı Avropanın bir hissəsi kimi görməli və Moskva ilə danışıqları mümkün qədər tez bərpa etməlidir. Bu fikri ARD telekanalına açıqlamasında Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla səsləndirib. O, həmçinin Rusiya tərəfindən Almaniyanın təhlükəsizliyinə təhdid olduğu iddialarını təkzib edib.
“Düşünürəm ki, [Rusiya prezidenti Vladimir] Vladimir Putin ilə danışıqları mümkün qədər tez bərpa etməliyik. Ümid edirəm ki, Almaniya kansleri Fridrix Merts nəhayət bu dialoqu yenidən başladacaq ki, Rusiya ilə danışa bilək və bu eskalasiyaya son qoyaq. Bizə deeskalasiya üçün məkan lazımdır”, — deyə Xrupalla bildirib.

