ABŞ Prezidenti Donald Tramp “fırtına öncəsi sakitlik” ifadəsini işlədərək İran ətrafında mümkün eskalasiya ilə bağlı müzakirələri yenidən qızışdırıb.
Buna səbəb Amerika liderinin Truth Social sosial şəbəkəsindəki paylaşımı olub. Tramp burada fırtına fonunda İran gəmilərinin əks olunduğu şəkil və qısa mesaj yayımlayıb.
ABŞ Prezidenti paylaşımı ilə İrana qarşı yeni zərbələrin mümkünlüyünə işarə edib və postu qısa ifadə ilə müşayiət edib. Ağ Ev rəhbəri başqa detal açıqlamayıb.

