Rusiya Prezidenti Vladimir Putinin insan ömrünü 150 ilə qədər uzatmaq hədəfi çərçivəsində Kremlin təxminən 26 milyard dollarlıq layihə həyata keçirdiyi iddia olunur.
Məlumata görə, proqram çərçivəsində qocalmanı yavaşladacaq gen terapiyaları və laboratoriya şəraitində orqan istehsalı texnologiyaları hazırlanır.
Alimlər 2030-cu ilə qədər süni şəkildə hazırlanmış bir orqanın insana köçürülməsini hədəfləyirlər.
Bununla belə, bəzi mütəxəssislər layihə ilə bağlı elmi məlumatların hələlik kifayət qədər olmadığını və irəli sürülən iddiaların şişirdilmiş ola biləcəyini bildirirlər.

