Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı bütün reyslərin xüsusi göstərişədək müvəqqəti dayandırıldığını açıqlayıb. Bu barədə hava limanının məlumatında bildirilib. Qərarın səbəbi kimi İranın İsrailə zərbələr endirməsi göstərilib.
Ölkə hakimiyyəti təhlükəsizlik səbəbindən İranın qərb hissəsində hava məkanını da bağlayıb. Sərnişinlərə və aviaşirkətlərə rəsmi bildirişləri izləmək tövsiyə olunub.
Açıqlamada qeyd edilib:
“Mülki Aviasiya Təşkilatının 8 iyun 2026-cı ildə yayımladığı bildirişə əsasən, İmam Xomeyni adına Beynəlxalq Hava Limanının bütün reysləri xüsusi göstərişədək müvəqqəti dayandırılıb”.
Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əxvan bildirib ki, məhdudiyyətlər növbəti bildirişədək qüvvədə olacaq. Davam edən hərbi əməliyyatlar fonunda bölgədə vəziyyət gərgin olaraq qalır.

