ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis Palm Beach Beynəlxalq Hava Limanının Donald Trampın şərəfinə adlandırılması ilə bağlı qanunu imzalayıb. Bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, bu qərar 2025-ci ildə Mayami şəhərinin mərkəzində Trampın prezident kitabxanasının tikintisi üçün torpaq sahəsinin ayrılması planından sonra qəbul edilib.
Gözlənilir ki, ABŞ Federal Mülki Aviasiya İdarəsinin (FAA) təsdiqindən və yerli qurumlarla razılaşmalardan sonra hava limanı “Prezident Donald Tramp adına Beynəlxalq Hava Limanı” adını alacaq.
Bildirilir ki, bu, adı fəaliyyət göstərən ABŞ prezidentinin adı ilə bağlı olan obyektlər siyahısına əlavə ediləcək növbəti məkan olacaq.

