RR Auction hərrac evində SSRİ rəhbəri, ÜİK(b)P MK-nın baş katibi İosif Stalinin imzası olan tarixi sənəd satılıb. Bu barədə hərrac evinin saytında məlumat verilib.
Məlumata görə, 1944-cü ilin sentyabrına aid sənəd 13 764 dollara alıcı tapıb.
Lotun rəsmi adı “İkinci Dünya müharibəsi dövrünə aid azad edilmiş Şərqi Avropanın müdafiəsi haqqında sənəd” kimi təqdim olunub.
Hərrac təşkilatçılarının məlumatına əsasən, sənədin üzərində “tam məxfi” qrifi yer alıb. Mətnində Tallin, Riqa və Varşavanın hava hücumundan müdafiəsini təmin etmək üçün istifadə olunması planlaşdırılan silah növləri barədə məlumatlar əksini tapıb.
Sənədin birinci səhifəsinin yuxarı hissəsində Stalinin mavi karandaşla atılmış imzası görünür.

