“Oasis” qrupunun qurucularından Noel Qallaherin akustik gitarası Nyu-Yorkda keçirilən Sotheby’s hərracında 96 min dollara satılıb.
Hərrac evinin məlumatına görə, söhbət 1995-ci ildə buraxılmış (What’s the Story) Morning Glory? albomunun yazılışı zamanı istifadə olunan və Qallaherin imzası olan Epiphone EJ-200 modelindən gedir. Gitar həmçinin qrupun ən məşhur mahnılarından biri olan Wonderwall klipində də yer alıb.
Alətin “əla vəziyyətdə” olduğu qeyd olunub.
Hərracdan əvvəl ekspertlər gitaranın qiymətini 60–80 min dollar aralığında qiymətləndirmişdilər. Lot Sotheby’s-in rok musiqisi tarixini əhatə edən xüsusi kolleksiyası çərçivəsində təqdim olunub. Kataloqda bildirilir ki, gitara uzun müddət şəxsi kolleksiyada saxlanılıb və əvvəllər ictimaiyyətə nümayiş etdirilməyib.
Mediaya görə, Qallaherin 1990-cı illərin ortalarında istifadə etdiyi bu tip alətlər nadir hallarda satışa çıxarıldığı üçün kolleksiyaçılar arasında böyük maraq doğurur. Son illərdə brit-pop janrına marağın yenidən artması və klassik albomların yenidən buraxılması da bu cür əşyalara tələbi yüksəldib.
Qeyd edək ki, “Oasis” qrupu 1991-ci ildə Mançesterdə Noel və Liam Qallagher qardaşları tərəfindən yaradılıb.

