İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes barəsində aparılan korrupsiya istintaqı çərçivəsində məhkəmə yeni adli nəzarət qərarları qəbul edib.
Qərara əsasən, Qomes pasportunu təhvil verməli, İspaniya ərazisini tərk etməməli və ayda iki dəfə məhkəməyə məlumat verməlidir.
Beqonya Qomes baş nazirin həyat yoldaşı kimi malik olduğu mövqedən istifadə edərək bəzi iş müqavilələrinin əldə olunmasına yardım etməkdə ittiham olunur.
Qomes isə ittihamları rədd edir və heç bir qanunsuzluğa yol vermədiyini bildirir.
İspaniyanın Sosialist Partiyasının sosial media hesabında yayılan açıqlamada isə Qomesin təxminən iki ildir “məhkəmə və siyasi təzyiqə” məruz qaldığı qeyd olunub. Partiya son qərarı bu prosesin yeni mərhələsi kimi qiymətləndirib.

