Berlində polis anomal istilər fonunda sakinləri və turistləri sərinlətmək üçün su şırnaqlarından istifadə edib. Bu barədə Tagesspiegel məlumat yayıb.
Məlumata görə, marşrutun ilk dayanacağı Brandenburq qapıları olub.
Nəşr yazır ki, şəhər üzrə iki polis su maşını hərəkət edir. Onlar insanlara yüksək temperaturu daha rahat keçirməyə kömək edir.
İlk dayanacaqda polis əməkdaşları hər biri 9 min litr həcmində olan iki su çənini sərf ediblər. Bundan sonra maşınların su ehtiyatı yenidən doldurulub və onlar Potsdam meydanına doğru hərəkət ediblər.

