İrlandiyanın paytaxtı Dublində miqrantın azyaşlı qıza təcavüzündən sonra başlayan iğtişaşlar ikinci gündür davam edir.
Denmedia.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Təxminən iki min nəfər etirazçı Citywest otelinin qarşısına toplaşıb, burada xarici qaçqınlar məskunlaşıb. Etirazçılar polisə daş, şüşə və fişəng atıblar, bir polis mikroavtobusunu yandırıblar.
Bəzi iştirakçılar lazer işıqları ilə polis helikopterinin ekipajını korlamağa cəhd ediblər.
Polis etirazçıları oteldən uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə edib.
Polis komissarı Castin Kelli baş verənləri “kütləvi xuliqanlıq” adlandırıb və bildirib ki, iğtişaşların fəal iştirakçıları müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.